Deputatdan avtodayanacaq qiymətinə etiraz

17:27 | 27.12.2013
Deputatdan avtodayanacaq qiymətinə etiraz

Deputatdan avtodayanacaq qiymətinə etiraz

Milli Məclisin bugünki iclasında deputat Çingiz Qənizadə paytaxtdakı avtodayanacaqlardan danışıb. O, tıxac probleminin həll etmək üçün yeraltı dayanacaqların tikildiyini, ancaq bu dayanacaqlarda qiymətlərin xeyli baha olduğunu bildirib. Ç.Qənizadə şəhər sakinlərinin ona ünvanladığı müraciəti parlamentə çatdırıb: “Ərazidə yaşayan sakinlər isə hər gün üçün 10 manat pul ödəyir. 6 saatdan yuxarı maşın saxlamaq üçün 6 manat pul ödənilməlidir. Gənclər müraciət edib deyir ki, ayda 150 manat pul ödənməlidr. O ərazidə daimi yaşayan sakinlər isə ayda 300 manat ödəməlidir. Dünyanın heç yerində belə şey yoxdur. Kimsə burda pul qazanacaq, insanları soyacaqsa, buna yol vermək olmaz”. O.Əsədov isə cavabında dedi ki, bunu bazar özü bunu tənzimləyəcək, özəl təşkilata biz nə deyə bilmərik. Amma bu barədə danışarıq”. "Yeni Müsavat"
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM