“Deputatlar da əfvlə bağlı müraciət edir” - Komissiya üzvü

15:25 | 05.02.2018
“Deputatlar da əfvlə bağlı müraciət edir” - Komissiya üzvü

“Deputatlar da əfvlə bağlı müraciət edir” - Komissiya üzvü

Novruz bayramı ərəfəsində Azərbaycanda növbəti əfv sərəncamının imzalanması gözlənilir. Artıq ötən həftədən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilib.

Komissiyanın baş tutan iki iclasında 200-dən çox məhkumla bağlı müraciətə baxılıb. Ümumilikdə isə komissiyaya əfvlə bağlı 1000-dək müraciət daxil olub. 

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev AzVision.az-a bildirib ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş şəxslərlə bağlı müraciətlər daxil olur. 

"Əfvlə bağlı məhkumların özləri, ailə üzvləri, onların nümayəndələri, vəkilləri, Milli Məclisin deputatları və Qeyri-Hökumət Təşkilatları (QHT) tərəfindən müraciətlər edilib”. 

Komissiya üzvünün sözlərinə görə, hər bir müraciətə ətraflı baxılacaq və müvafiq rəy qəbul ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti