Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər

10:25 | 28.03.2020


Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar mərhələli şəkildə tibbi test yoxlanışından keçiblər, bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. 

"Testlərin nəticəsi neqativ çıxıb. Yəni, heç bir problem yoxdur. Jurnalistlər də Milli Məclisin rəhbərliyinin təşəbbüsü ilə termovizor qurğusu ilə yoxlamadan keçiriləcək. Eyni zamanda onların iclası izləməsi üçün hər cür şərait yaradılır”.




www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM