Dərbənd — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. "Dərbənd" sözü türk "dar" və fars "bənd" köklərindən törəyib, "dar keçid" deməkdir. Şəhər tarixdə Bab əl-Əbvab ("böyük qapı") və Dəmirqapı adlarıyla da tanınırdı .
Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir. Dərbənd sözü Türk və Fars dillərində mövcud olan "dar" və "bənd" köklərin birləşməsindən əmələ gəlmişdir ki, bu da "dar keçid" deməkdir. Keçidin başqa adlarından biri də Çora / Çoladır. Ərəblər Dərbəndə Bab, Bab əl-Hədid, Bab əl-Əbvab, türklər Dəmir qapı Dərbənd, monqollar Kahulqa, Kahalqa, ermənilər isə Bah demişlər. (Vikipedia)
ANN.Az-ın fotoqrafı Orxan Əzimin Dərbənd şəhərindən hazırladığı fotoları oxucularımıza təqdim edirik.
ANN.Az