Dağıstandakı terror aktlarında ölənlərin sayı artıb - YENİLƏNİB

22:47 | 23.06.2024
Dağıstandakı terror aktlarında ölənlərin sayı artıb - YENİLƏNİB

Dağıstandakı terror aktlarında ölənlərin sayı artıb - YENİLƏNİB

Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində ölənlərin sayı artıb.Bu barədə Dağıstan müftiliyi məlumat yayıb.

Terror aktları nəticəsində 9 nəfər həlak olub, onlardan yeddisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Silahlı hücumlarda 25 nəfər xəsarət alıb.
 
 21:28

Dağıstanın Dərbənd şəhərində bütün kütləvi tədbirlər ləğv edilib.Bu barədə Dərbənd rəsmiləri bildirib. 

Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Mahaçqalada silahlı toqquşmalar davam edir. 
 
 ***

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib.Bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

20:47

Dərbənddə kilsəyə hücum zamanı bir keşiş və kilsə mühafizəçisi həlak olub.Bu barədə RBK məlumat yayıb.

 20:30

Rusiyanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.Bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəşdən sonra sinaqoqda yanğın baş verib.Polis hazırda hücum edənləri axtarır.

Onların ağ rəngli "Volkswagen Polo” markalı avtomobillə qaçdığı bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM