Dilqəm Əsgərov 7 aydan sonra ailəsinə məktub göndərib

16:26 | 30.09.2017
Dilqəm Əsgərov 7 aydan sonra ailəsinə məktub göndərib

Dilqəm Əsgərov 7 aydan sonra ailəsinə məktub göndərib

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov 7 aydan sonra ailəsinə məktub göndərib.
 

Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov bildirib.

"7 ay idi ki, atamdan məktub almırdıq. Ona görə çox narahat idik. Nəhayət, dünən atamın məktubu bizə çatdı. Məktub qısa məzmunludur. Səhhəti ilə bağlı heç nə yazmayıb. Hamıya salam göndərib, hər şeyin qaydasında olduğunu, narahat olmamağımızı qeyd edib”, - K.Əsgərov deyib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurublar. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM