Dilqəm Əsgərov: "Məni ya güllələyin, ya da azad edin"

12:35 | 26.02.2015
Dilqəm Əsgərov:

Dilqəm Əsgərov: "Məni ya güllələyin, ya da azad edin"

Kəlbəcər rayonunda girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma `məhkəmə` proses keçirilir.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, "proses”də Dilqəm Əsgərov çıxış edib. Çıxışı zamanı D. Əsgərov qanunsuz sərhədi pozması və guya erməni öldürməsi barədə ittihamları rədd edib. Dilqəmin sözlərinə görə, o Kəlbəcərə doğma yerləri, anasının məzarını ziyarət etməyə gəlib. Əsgərov həmçinin əvvəllərdə 6-7 dəfə Kəlbəcərə gəldiyini vurğulayıb.

Dilqəm çıxışı zamanı qeyd edib ki, o yol boyu xeyli sayda insanlar görüb, lakin əlində imkanın olmasına baxmayaraq, onlara heç nə etməyib.

Dilqəm həmçinin Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə ittihamları qəti şəkildə rədd edib:

`Mənə qarşı elə ittihamlar irəli sürülüb ki, sanki mən Bin Laden, ya da Basayevəm`.

Çıxışının sonunda isə Dilqəm Əsgərov günahsız olduğunu və bununla əlaqədar ya azadlığa buraxılmasını ya da güllələnməsini istəyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti