Abşeron rayonunda sanitar qaydalara riayət edilmədən kəsim həyata keçirən iki müəssisə aşkarlanıb.
Anews.az REAL TV-yə istinadla bildirir ki, bu faktlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən reyd zamanı ortaya çıxıb.
Onların fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı protokol tərtib edilib.
Məlum olub ki, müəssisələr 02:00-07:00 radələrində qanunsuz fəaliyyət göstərir və emal olunan toyuq əti müxtəlif ticarət şəbəkələrinə kənd toyuğu adı altında satılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !