Azərbaycanda araq BAHALAŞDI

15:22 | 02.10.2018
Azərbaycanda araq BAHALAŞDI

Azərbaycanda araq BAHALAŞDI

Ticarət şəbəkəsində yerli istehsal arağın qiyməti 5-20% artıb, lakin bəzi istehsalçıların məhsullarının qiymətində artım 40 faizə çatır.

Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, eyni zamanda konyak, likyor və şərablar da bahalaşıb. Lakin sonuncu qeyd olunanlarda qiymət artımı elə də əhəmiyyətli deyil. Alkoqollu içkilərin qiymətlərinin yüksəlməsi aksizlərin bahalaşması ilə bağlıdır.

Qeyd edək ki, pivənin qiyməti dəyişməyib.

Xatırladırıq ki, iki gün öncə Azərbaycanda siqaretlər bahalaşıb. Artım orta hesabla 10-20% təşkil edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb