Əliyev Azərbaycanda həbs olunan jurnalistlərdən danışıb - VİDEO

17:05 | 26.04.2024
Əliyev Azərbaycanda həbs olunan jurnalistlərdən danışıb - VİDEO

Əliyev Azərbaycanda həbs olunan jurnalistlərdən danışıb - VİDEO

Azərbaycanda qanunsuz fəaliyyət göstərən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.  
 
"Azərbaycanda media azadlığı təmin edilir. Heç bir senzura yoxdur, azad internet var. Yüzlərlə media orqanı fəaliyyət göstərir. Azərbaycanı medianın inkiafını əngəlləmək istiqamətində atılmış addımlarla tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən sööhbət gedə bilər? Fərdi hadisələrə gəldikdə isə hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət bundan öncə xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəklində aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Xaricdən vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə bu o demək deyil ki, bizdə media azad deyil. Sadəcə hər kəs qanunla fəaliyyət göstərməlidir. Biz istənilən ölkə kimi mediamızı xarici təsirdən qorumalıyıq", -Əliyev Almaniyada Şoltsla birgə keçirdiyi mətbuat konfrasında jurnalistin "Azərbaycanda həbs olunan jurnalistlərin hüquqlarının pozulması" ilə bağlı sualına cavab verərkən söyləyib. 
 
Xətai Rayon Məhkəməsi "Məclis.info” saytının rəhbəri İmran Əliyev barəsində 2 ay 1 gün müddətinə  həbs qətiimkan tədbiri seçib.  


Sayt rəhbəri bir neçə gün öncə hava limanında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
*Ötən il noyabrın 20-də "Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılıb. Nəşrin ofisində axtarış zamanı polis 40 min avro "tapıb". Paralel olaraq "Abzas Media" nın işi üzrə bir neçə jurnalist də həbs olunub. 


Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq)  ittiham irəli sürülüb. Onları 5 ildən 8 ilədək həbs təhlükəsi gözləyir. Onlar xarici donorlardan qanunsuz qrant almaqda ittiham olunurlar.
 
Həmçinin Toplum TV-nin təsisçisiləri Ələsgər Məmmədli və Akif Qurbanov eyni maddələrlə ittiham olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə çağırıblar.




 Gülnar Nazimqızı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb