Laçın-Zabux marşrutu istifadəyə verilib

18:44 | 06.05.2024
Laçın-Zabux marşrutu istifadəyə verilib

Laçın-Zabux marşrutu istifadəyə verilib

Bu gündən Laçın şəhəri-Zabux kəndi və Laçın şəhəri-Qarıkaha kəndi müntəzəm marşrut xətləri sakinlərin istifadəsinə verilib.Bu barədə Azərtac xəbər verir.
 
Marşrutlar arasında interval əhalinin sayına uyğun olaraq müəyyən ediləcək.

Avtobuslar laçınlı sahibkar tərəfindən hər hansı bir gəlir gözlənilmədən hər gün xəttə buraxılacaq və intensiv işləyəcək. Nəzərdə tutulan istiqamət üzrə yolun uzunluğu təxminən 40 kilometrə qədərdir.

İndiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb