Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi artıb

17:17 | 06.05.2024
Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi artıb

Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi artıb

2024-cü ilin birinci rübündə Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 107 milyon 881 min ABŞ dolları təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64% və ya 42 milyon ABŞ dolları çoxdur.  Bu barədə dövlət Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
 
Ötən ilin müvafiq dövründə Azərbaycan ilə Portuqaliyanın ticarət dövriyyəsi 65 milyon 793 min ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycandan Portuqaliyaya ixracın həcmi 66% artaraq 104 milyon 135 min ABŞ dolları, Portuqaliyadan Azərbaycana ixracın həcmi isə 29.6% artaraq 3 milyon 746 min ABŞ dolları təşkil edib.
 
Ötən ilin yanvarında iki ölkə arasında ticarət dövriyyəsi 980,7 min dollar təşkil edib.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb