Sülh müqaviləsinin bağlanması prosesi tez başa çata bilər - Ermənistan XİN

16:58 | 06.05.2024
Sülh müqaviləsinin bağlanması prosesi tez başa çata bilər - Ermənistan XİN

Sülh müqaviləsinin bağlanması prosesi tez başa çata bilər - Ermənistan XİN

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesi tez başa çata bilər. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.  
 
"Azərbaycanla sülh müqaviləsinin bağlanması prosesi çox tez başa çata bilər və tamamlanmalıdır. Erməni tərəfi həmişə bu istiqamətdə gedəcək və işlər görəcək”, - 

Aprelin 26-da Azərbaycan sülh müqaviləsi ilə bağlı yeni təklflərini Ermənistana göndərib. 
 
Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı və İrəvan sülh sənədini imzalamağa həmişəkindən daha yaxındır. 
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 
 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb