Bakı metrosunda sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb

18:30 | 06.05.2024
Bakı metrosunda sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb

Bakı metrosunda sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb

"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.Bu barədə "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

"28 May" stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb. Nəticədə, qatar stansiyanı sərnişinsiz olmaqla, 6 dəqiqə yubanma ilə tərk edib.

Əks istiqamətdən xəttə ehtiyat qatar verilib. Hazırda qatarlararası intervalın bərpa edilməsi istiqamətində tədbirlər görülür.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb