Türkiyə Silahlı Qüvvələri 7 terrorçunu zərərsizləşdirib

16:47 | 06.05.2024
Türkiyə Silahlı Qüvvələri 7 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri 7 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

"Terroristlərin hücum cəhdlərinə cavab verməyə davam edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı "Zeytin Dalı” və "Fırat Qalxanı” bölgələrində sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücum hazırlayan 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Biz terrorun mənbəyini qurutmaqda qətiyyətliyik”, - Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "X” hesabında paylaşım edib.

Son bir il ərzində Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyədə terror təşkilatının 3 mindən çox tərəfdarı saxlanılıb.
 
2023-cü ilin Yanvarın 1-dən bu günədək 199 min 898 nəfərin Türkiyə sərhədlərindən qanunsuz şəkildə keçməsinin qarşısı alınıb. 13 min 156 qeyri-qanuni mühacir və 410-u FETÖ-çü olmaqla 590 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib.
 
Aytac


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb