Putin Paşinyanla görüşəcək

18:40 | 06.05.2024
Putin Paşinyanla görüşəcək

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

"İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Ali Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirir. Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçiriləcək, həmçinin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyində iştirak edəcək”, - Kreml nümayəndəsi bildirib.

O qeyd edib ki, bu ikitərəfli təmas çox məzmunlu olacaq, müzakirə olunacaq çoxlu məsələlər olacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb