Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

18:06 | 06.05.2024
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Ermənistan və Azərbaycan Tavuş bölgəsində sərhəd hissəsində 40 sərhəd sütunu quraşdırılıb. Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.

"Geodeziya ölçmələri əsasında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində 6 may 2024-cü il tarixinə 40 sərhəd dirəyi quraşdırılıb”, - məlumatda deyilir.


Bundan əvvəl Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında delimitasiya ilə bağlı danışıqları tam dəstəklədiyini açıqlayıb. 
 
Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
 
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb . 

 

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb