HƏMAS İsraillə atəşkəsə razılaşıb

21:24 | 06.05.2024
HƏMAS İsraillə atəşkəsə razılaşıb

HƏMAS İsraillə atəşkəsə razılaşıb

Fələstinin HƏMAS hərəkatı Misir və Qətər vasitəçilərinə Qəzza zolağında atəşkəsin yaradılması üçün təklif etdikləri saziş layihəsini bəyəndikləri barədə məlumat verib. Müvafiq bəyanat hərəkatın rəsmi "Telegram” kanalında dərc olunub.

"HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı apararaq hərəkatın təklif edilən atəşkəs sazişi layihəsini təsdiqlədiyini bildirib”, - məlumatda qeyd edilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb