Azərbaycanda geniş pul kütləsinin həcmi artıb

15:00 | 26.04.2024
Azərbaycanda geniş pul kütləsinin həcmi artıb

Azərbaycanda geniş pul kütləsinin həcmi artıb

2024-cü ilin aprelin 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 44 milyard 830,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 9,1% çoxdur. Bu barədə Mərkəzi Bank məlumat yayıb. 
 
Bildirilib ki, geniş pul kütləsinin həcmi aylıq müqayisədə 0,2%, ilin əvvəli ilə müqayisədə isə 0,5% çoxdur. 
 
Manatla geniş pul kütləsinin həcmi martın sonuna 34 milyard 453,6 milyon manat təşkil edib ki, bu da fevralın sonuna olan göstərici ilə müqayisədə 0,6%, ilin əvvəlinə nisbətdə 2,6%, illik müqayisədə isə 16% artım deməkdir. 
 
2022-ci ildə Azərbaycanda geniş pul kütləsi (M3, nağd pul, müddətli depozitlər, tələb olunan depozitlər və depozitlər) 23,6% artaraq 42 milyard 824,9 milyon manata çatıb ki, bu da rekord göstəricidir. 
 
Aygün

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM