“Azəri-Çıraq-Dərinsulu Günəşli” platformasından hasilat 15 günlük dayandırılıb

14:51 | 26.04.2024
“Azəri-Çıraq-Dərinsulu Günəşli” platformasından hasilat 15 günlük dayandırılıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli” platformasından hasilat 15 günlük dayandırılıb

Aprelin 25-dən başlayaraq 15 günlük "Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) platformasından hasilat dayandırılıb. Bu barədə AÇG yatağının işlənməsi layihəsinin əməliyyatçısı "BP-Azerbaijan” şirkətindən məlumat verilib.
 
BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq "Dərinsulu Günəşli” platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilir.

Plana əsasən "Dərinsulu Günəşli” platformasından hasilat dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın. Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən ventillərin dəyişdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM