İngilis alimləri apardığı son araşdırmaları zamanı bir həqiqəti ortaya çıxarıb.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, dəri xərçəngi riskinin xal sayıyla əlaqəli olduğu məlum olub. Araşdırmada iştirak edən 3 min insan 8 il ərzində təqib olunub.
Həmin şəxslərin dəri tipləri, çilləri barədə məlumat toplanılıb. Məlumatlar, dəri xərçəngi diaqnozu qoyulan xəstələrlə müqayisə edilib.
Nəticədə, sağ qolunda 11-dən çox xal olanların dəri xərçənginə tutulma ehtimalının yüksək olduğu müəyyən olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !