Direktor müavini olmaq istəyənlərin nəzərinə

16:42 | 26.11.2014
Direktor müavini olmaq istəyənlərin nəzərinə

Direktor müavini olmaq istəyənlərin nəzərinə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərində təlim – tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqənin I mərhələsi başa çatıb.

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, bu haqda məlumat BŞTİ-nin mətbuat xidmətindən verilib. Bildirilib ki, verilən müddət ərzində (17 - 24 noyabr tarixlərində) 532 nəfər bakuedu.az saytında elektron ərizə ilə qeydiyyatdan keçib.

II mərhələdə qeydiyyatdan keçən namizədlər üçün imtahan təşkil olunacaq. İmtahandan uğurla keçən namizədlər isə III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcəkdir.  Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ–nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin işlə təmin olunacaqları nəzərdə tutulur.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür