İsveçin Venesborq şəhərindəki həbxsxanadan qaçan məhkum stamotoloqa getmək istəyirmiş
ANN.Az-ın "Lenta.ru"ya istinadən xəbərinə görə, məhkum asanlıqla həbsxanadan qaça bilib, buna səbəb həbsxananın mühafizəsinin zəif təşkil olunmasıdır. 51 yaşlı kişi deyib ki, dişi bərk ağrayırmış, həbsxanada yardım istəsə də, heç kim ona kömək etməyib. "Mənim bütün sifətim ağrayırdı! Mən daha dözə bilmirdim", - məhkum açıqlamasında bildirib. Məhkum türmədən qaçan kimi dərhal ən yaxındakı stamotoloqa gedib və burada onun ağrayan dişini çıxarıblar.
Ağrayan dişini çəkdirəndən sonra məhkum polis şöbəsinə gedib və türmədən qaçdığını bildirib. Hüquq mühafizə orqanlarının əməkdaşları onu cəzaçəkmə müəssisəsinə apararaq keşikçilərə təslim ediblər. Türmənin rəhbərliyi məhkumu töhmətləndirib və onun cəzasını bir gün artırıb.
Verilən məlumata görə, həmin şəxs bir ay müddətinə azadlıqdan məhrum edilibmiş. Türmədən qaçmazdan əvvəl onun həbsdən azad edilməsinə 2 gün qalıbmış.
ANN.Az