ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Ohaya ştatında yaşayan 5 yaşlı Luk Ruehlman bu gün ölkə mediasının diqqət mərkəzindədir. Luk 2 yaşından indiyə kimi bir çox şeydən qorxurmuş. Xüsusilə də oddan və yüksəklikdən. Əvvəl ailə bu duruma heç bir anlam verə bilməyib, amma uşaq böyüdükcə bəzi şeyləri deməsi mənzərə aydınlaşıb. Luk əslində Pam adlı bir qadın olduğunu iddia etməyə başlayıb: "Mənım adım əvvəllər Pam olub. Qara saçlarım vardı, sırğa taxırdım". Lukun anası Erika Ruehlman uşağa "Pam kimdir ki?" soruşduqda o, belə cavab verib: "Mənim əvvəlki həyatım. Amma mən öldüm, cənnətə getdim və Allah ilə görüşdüm. O, məni geri göndərdi. Oyananda bir uşaq olduğumu və mənə Luk adını qoyduğunuzu gördüm".
Daha sonra uşaq əvvəllər Çikaqoda yaşadığını, bunada yanğın olduğunu və qorxusundan özünü yüksəklikdən atdığını bildirib. Lukun anası bu eşitdiklərindən dəhşətə gəlib və araşdırma aparmağa başlayıb. Onun araşdırmasına görə, həqiqətən də Pamela Robinson adlı bir qadın 1993-cü ilin mart ayında Çikaqonun Paxton Hotelində baş verən yanğında faciəli şəkildə öldüyünü, daha 18 nəfərin həlak olduğu ortaya çıxıb. Anası Luka Pam Andersonun da fotosu olan cox sayda qadın şəkli göstərib və Luk heç bir tərəddüd etmədən Pamela Robunsonun fotosunu göstərib.
Ötən müddət ərzində Lukla Pam arasında bəzi oxşarlığın olduğu ortaya çıxıb - hər ikisi Stevie Wonder mahnılarını dinləməyi sevir və pioninoda ifa edir. Amma maraqlısı odur ki, tədricən, uşaq böyüdükcə ölən qadınla bağlı bildikləri və danışdıqları azalmağa başlayır.
Reinkarnasiya - ruh köçü kimi bilinir. Ruhun ölümdən sonra fərqli bir bədənə təkrar daxil olması ilə yenidən həyata qayıtmaq anlamını verir. Amma islam dinində belə bir inanc yoxdur. İslama görə, insanlar yalnız qiyamət günü yenidən diriləcəklər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !