• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Dünya çempionatının ən zəif 10 komandası - SİYAHI

Dünya çempionatının ən zəif 10 komandası - SİYAHI
21.11.2013 12:04
Gələn il Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanan 31 komanda sırasında nisbətən zəif yığmalar da diqqət çəkir.Qol.Az-ın məlumatına görə, mundial iştirakçılarından 10 ən zəif komandanın siyahısı müəyyənləşib. Siyahıda Meksika, Yaponiya, Cənubi Koreya və Kamerun kimi komandalar var. Həmin komandalar məhz FİFA-nın reytinqinə əsasən "ən zəiflər" sırasına daxil ediliblər.1. Meksika: Komanda pley-off mərhələsində Yeni Zellandiyanı məğlub edərək dünya çempionatına vəsiqə qazandı. Ancaq Meksikanın seçmə mərhələdəki zəif çıxışı onları FİFA reytinqində 24-cü pilləyə qədər geri saldı.2. Kosta-Rika: Bu komanda da Meksika kimi Amerika zonasından dünya çempionatına vəsiqəni təmin etdi. Lakin Meksika millisindən fərqli olaraq Kosta-Rika yığması mundiala pley-off-dan deyil, birbaşa vəsiqə qazandı ki, bu da onların FİFA reytinqində irəliləməsinə gətirib çıxardı.  3. Əlcəzair: Afrika təmsilçisi ilk öncə qrup mərhələsini uğurla başa vurdu. Ardından pley-off mərhələsində Burkina Fasonu səfər qolu hesabına üstələyən Əlcəzair dünya çempionatında iştirak etmək hüququ əldə etdi.4. Nigeriya: Bu yığma son Afrika çempionu olsa da, qitənin ən yaxşıları siyahısında deyil. Bununla belə, pley-off mərhələsində Efiopiyanı məğlub edən Nigeriya yığması Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.5. Honduras: KONKAKAF zonasından dünya çempionatına birbaşa vəsiqə qazanan nadir komandalardan biridir.6. Yaponiya: Asiyanın ən güclü və maraqlı komandasıdır.7. İran: 20 ildən sonra yenidən problemsiz dünya çempionatına yollanır.8. Cənubi Koreya: Çoxları dünya çempionatını Cənubi Koreyasız təsəvvür edə bilmir. Asiya təmsilçisi 1986-cı ildən bəri bütün mundiallarda iştirak edib.  9. Avstraliya: Hazırki reytinq Avstraliya millisinin çətin günlər keçirdiyini göstərir. Lakin Asiya Futbol Federasiyası bu yığmanın dünya çempionatına yollanması şərtlərini sadələşdirib.10. Kamerun: Dünya çempionatının iştirakçıları arasında FİFA reytinqində ən zəif komandadır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA "Traktor"u təbrik edib
İdman 18:43
AFFA "Traktor"u təbrik edib
“Traktor” ilk dəfə İran çempionu olub
İdman 22:20
“Traktor” ilk dəfə İran çempionu olub
Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub
İdman 18:30
Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub
İdman 22:00
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub
Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb
İdman 19:47
Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb
UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
İdman 16:57
UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
"Qarabağ" finala vəsiqə qazanıb
İdman 20:26
"Qarabağ" finala vəsiqə qazanıb
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
İdman 20:31
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
İdman 10:03
Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol