Braziliyada 20 il əvvəl qətlə yetirilən Kolumbiya yığmasının müdafiəçisi Andres Eskobarın xatirəsi anılıb. Eskobar ABŞ ilə oyunda avtoqol vurduqdan sonra vətənində narkokartelin gözətçisi tərəfindən 12 güllə yarası alaraq, qətlə yetirilib.
Futbol tarixinin ən faciəli qolu 1994-cü il İyunun 22-də baş verib. ANS PRESS-in məlumatına görə, qrup mərhələsinin ikinci tur matçında ABŞ ilə oyun zamanı Kolumbiya yığmasının kapitanı Andres Eskobar ötürmənin qarşısın almaq istərkən öz qapısına qol vurur. Bunun nəticəsində komandası uduzaraq pley-offa çıxışından məhrum olur. Oyunçu vətəninə qayıytdıqdan bir neçə gün sonra gecə klublarının birinin yanında olan maşın dayanacağında gözətçi tərəfindən qətlə yetirilir. Qətli törədən Umberto Kastro Munyos Qalyon qardaşlarının narkokartelinin gözətçisi olur.
Həmin gecə qardaşlar da klubda olublar. Fərziyyəyə görə, qardaşlar Eskobarın avtoqolu nəticəsində totalizatorda külli miqdarda pul uduzmuşdu. Munyos isə özünün bu hərəkətinin emosiyalardan irəli gəldiyini deyir. Munyos futbolçuya 6 güllə ataraq, hər dəfə “qol” deyə qışqırırdı. O, 43 il azadlıqdan məhrum edilib, lakin 2005-ci ildə - 11 il sonra yaxşı davranışa görə azadlığa buraxılıb. Qalyon qardaşları isə qətldə iştraklarına görə həbs edilib. Lakin 3 ay türmədə yatdıqdan sonra zaminə pul qoyaraq, azadlığa çıxıblar.
Andress Eskobarın avtoqoldan sonra “Həyat bununla bitmir” sözü bu günə kimi vətənində deyimlər sırasındadır. Çərşənbə axşamı Rio-de-Janeyroda “Andres Eskobarsız 20 il: Həyat bununla bitmir” adlı tədbir keçirilib. Tədbirdə Eskobara həsr edilən sənədli film nümayiş etdirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !