2014-cü ilədək dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə - 38 milyon nəfərə çatıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Norveçin Qaçqınlarla İş üzrə Şurasının hesabatında bildirilib.
Məlumata əsasən, təkcə 2014-cü ildə öz ölkələrindəki münaqişələrə görə evlərini tərk edənlərin sayı 11 milyona yaxın olub. Hesabatda bildirilib ki, hər gün 30 min nəfər öz evini tərk edir.
Xatırladaq ki, Azərbycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı Qarabağdakı öz evindən məcburi köçkün düşüb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !