Dünyada 58 milyon uşaq bundan məhrumdur

21:36 | 09.04.2015
Dünyada 58 milyon uşaq bundan məhrumdur

Dünyada 58 milyon uşaq bundan məhrumdur

UNESCO yalnız 2015-ci ildə dünyadakı uşaqların yalnız yarısının ibtidai məktəbə getmələrinin təmin olunduğunu bəyan edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünyada 58 milyon uşağın təhsildən hələ kənarda qaldığını, 100 milyon uşağın isə ibtidai məktəbi bitirə bilmədiyini qeyd edib.

BMT-nin hesabatına görə, xüsusilə bu baxımdan öndə gedən ölkələr Əfqanıstan, nepal, Sierra leone, Ruanda, Tanzaniya və Hindistandır.

2000-cı ildə keçirilən UNESCO Dünya Təhsil Forumunda iştirak edən ölkələrdən 164-ü 2015-ci ilədək uşaqlara təməl təhsil verilməsi istiqamətində işlər görəcəyinə dair öhdəlik götürülmüşdü.

Hazırda Yer Kürəsində oxuyub-yazma bacarığının olmamasına dair göstərici 2000-ci ildə 18 faiz idisə, 2015-ci ildə bu göstərici 14 faizə endirilə bilib.

UNESCO-nun baş direktoru İrina Bokova təhsillə bağlı dünya səviyyəsində xeyli uöurlu addımların atıldığını deyib. Onun sözlərinə görə, əgər 1990-ci illərdəki proseslər olduğu kimi qalsaydı, bu sahədə heç bir irəliləyişdən söhbət gedə bilməzdi. Bununla belə İ.Bokova bütün dövlətlərə uşaqların, xüsusilə də qış uşaqlarının oxumasına, təhsil almasına önəm verilməsini, ailələrə yardınçı olmağı tövsiyyə edib.

UNESCO-nun hesabatına görə, dünyadakı ən yoxsul uşaqların məktəbə getmə imkanı ən varlı ölkələrdə yaşayan uşaqlarla müqayisədə 4 dəfə azdır.

2030-cu il üçün yeni hədəflər müəyyən edildiyini dilə gətirən İ.Bokova hökumətlərdən dövlət büdcəsinin 15-20 faizinin təhsilə ayrılmasını, əsas ağırlığın ibtidai məktəblərə yönəldilməsini istəyib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti