Dünyada spirtli içkidən 3,3 milyon adam ölüb

21:59 | 13.05.2014
Dünyada spirtli içkidən 3,3 milyon adam ölüb

Dünyada spirtli içkidən 3,3 milyon adam ölüb

2012-ci ildə dünyada 3,3 milyon adam spirtli içkidən ölüb.APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yeni hesabatında bildirilir. Hesabatda qeyd olunur ki, 15 yaşından yuxarı hər bir insan orta hesabla il ərzində 6,2 litr təmiz spirt içir. Əslində isə dünya əhalisinin 38.8 faizi spirtli içkidən istifadə edir. Bu o deməkdir ki, spirtli içki aludəçisi olan insanlar gün ərzində təxminən 17 litr təmiz spirt qəbul edir.  Spirtli içki istehlakına görə Avropa ölkələri liderdir. Rusiyada müvafiq göstərici 15,1 litr, Belarusda 17,5 litr, Ukraynada isə 13.9 litr təşkil edir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti