Dünyanı heyrətə salan evlilik təklifi - FOTO

13:06 | 05.12.2014
Yaponiyada maraqlı hadisə qeydə alınıb.

ANN.Az dünya mətbuatına istiandən xəbər verir ki, evlilik təklifi etmək istəyən şəxs son dərəcə qeyri-adi bir üsul seçib. Sevgilisinə evlənmə təklifi etmək üçün işdən çıxan Yasushi Takahashi adlı şəxs 6 ay boyunca təxminən 7000 kilometr yol gedərək üzərindəki GPS sayəsində Yaponiya üzərinə Marry Me (Mənimlə evlənərsənmi?) yazıb.

O, Yaponiya ərazisini tamamilə qət edərək GPS texnologiyası sayəsində hər addımını qeydə alıb. 6 ay davam edən gəzintinin hər addımını ən incə detalına qədər hesablayıb.

Bu maraqlı təklif "Ginnesin Rekordlar Kitabı"na da düşüb.

ANN.Az

Tərəfdaşların xəbərləri

REKLAM