Bolqarıstan və Ermənistan sakinləri daha çox 2012-ci ildə əzab çəkiblər.
ANS PRESS-in verdiyi məlumata görə, bu açıqlamanı dünyanın 143 ölkəsində sorğu keçirən tanınmış Gallup şirkəti yayıb.
Bolqarıstanda keçirilən sorğunun nəticələrinə əsaslanan şirkət bildirib ki, əhalinin 39 %-i, 2012-ci ildə keçən həyatlarını "əzablı həyat" adlandırıblar. Ermənistan 37 %-lə reytinqdə ikinci yeri tutub.
İlk onluqda isə Kamboca, Haiti, Macarıstan, Madaqaskar, Makedoniya, İraq, Suriya və Əfqanıstan yer alıb.
Gallup ekspertləri sorğunu üç kateqoriyaya bölüb: "Çiçəklənmə", "Mübarizə" və "Əzab".
Dünyanın ən xoşbəxt ölkələri sırasında isə İslandiya, Katar, İsveç, Norveç, BƏƏ-lər, İsveçrə gedir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !