Dünyanın ən böyük 10 LƏNƏTİ+FOTOLAR

12:08 | 01.09.2014
Dünyanın ən böyük 10 LƏNƏTİ+FOTOLAR

Dünyanın ən böyük 10 LƏNƏTİ+FOTOLAR

Bu məqalədəki lənətlər, şübhəsiz kimlərəsə gerçəklikdən çox-çox uzaq görsənə bilər, amma oxucuların bir çoxunu həyəcanlandıracağına əminik.Bəlkə də "Lənət" sözünü bəzilərimiz qəbul etmir, amma bəzilərimizə də qorxu gətirir, təlaşa salır. Amma bu ifadənin hansı hiss yaratmasına baxmayaraq, hər zaman "lənət", "lənətlənmişlər" sözləri hamıda maraq yaradır.Modern və inkişaf edən dünyamızda baş verən bəzi qeyri-adi hadisələrə anlam vermək o qədər də asan deyil. Bu olayları diqqətçəkən edən də məhz onların daşıdıqları sirrdir. ANN.Az dünyada tanınan "lənət"lənmişlərin 10-nu oxuculara təqdim edir. Amma geriyə sayımla:

10. Buz adam lənəti

1991-ci ildə Alp dağlarında 5 min yaşının olduğu təxmin edilən insan meyiti - buz adam aşkar olunur. 13 il ərzində buz adamı araşdıran tədqiqatçılardan 7-ci çox qəribə şəkildə həyatını itirirlər. Bu alimlərdən biri avtomobil qəzasına düşür, biri uçqundan yuvarlanır, biri torpaq sürüşməsində həlak olub və sairə.

9. Ağlayan uşaq tablosu

Bir vaxtlar evlərin, mənzillərin divarlarını bəzəyən "Ağlayan uşaq" tablosu çox məşhur idi. Amma sonradan müşahidə edildi ki, bu tablonun olduğu evlərdə yanğınlar və partlayışlar baş verir, qəzalar olur. Buna dair faktlar çoxaldıqca rəsm əsəri diqqət çəkir. Maraqlı cəhətlərdən biri də odur ki, qəzalar baş verərkən rəsm əsərinə heç bir ziyan dəymirmiş.

8. Ümid almazı

Ümid almazı dünyada tanınan ən məşhur daş-qaşlardan biridir. Amma onunla da bağlı lənət mövcuddur. Deyilənə görə, dünyanın ən dəyərli və ən böyük mavi almazı 1600-cü illərdə Hindistanda yerləşən tarixi abidələrdən birindən, pisliklərlə savaşan Şiva allahının heykəlindən oğurlanıb. O tarixdən etibarən bu almaz kimə sahib olursa, nəsibi lənət olur, qorxunc şəkildə həyatlarını itirirlər. Hazırda daşın kimdə olduğu bilinmir.

7. Koxunur almazı

Bu almazın lənəti də Ümid almazının lənətinə bənzəyir, amma kiçik bir fərqlə. Koxinur almazına sahib olan hər bir qadın ömür boyu sərvət və şans içərisində yaşadığı halda, almaza sahib olan kişilərin qismətinə qorxulu bir ölüm yazılır. Məhz bu səbəblə Koxinur almazına "Qadınların ən yaxın dostu" da deyirlər.

6. Supermen lənəti

İndiyə kimi "Supermen" ilə bağlı çəkilmiş film və televiziya seriallarında bu xarakteri canlandıran aktyorların bir çoxunun şübhəli şəkildə ölümləri lənətlərdən biri hesab edilir. 1950-ci illərdə TV dizisində "Supermen"i canlandıran Georgi Rives 1951-ci ildə öz otağında ölü tapılır. Onun nədən vəfat etdiyi indiyə qədər dəqiqləşdirilməyib.

Supermeni canlandıran aktyorlar arasında ən çox tanınan Kristofer Riv isə 1995-ci ildə atdan yıxılaraq iflic olur, 52 yaşında bu xəstəlikdən vəfat edir.

5. Bambino lənəti

Amerika Beyzbol Liqasının ilk qalibi olan Bostonun "Red Sox" komandası 1918-ci ildə qazandığı 5-ci çempionluqdan sonra bu ada həsrət qalıb. Bir çoxları hesab edir ki, lənətə gəlmənin başlanğıcı həmin illərdə klub rəhbəri olan Harri Freyzinin komandanın əfsanə oyunçusu Beyb Ruçu 1919-cu ildə Nyu York komandası "Yankis"ə satmasından başlayır. Həmin tarixdən sonra klub heç vaxt çempion ola bilmir, əksinə, "Yankis"in isə şansı yavər gedir.

4. "27-lər Klubu"

"27-lər Klubu" adıyla tanınan bu qrupda yaşayan zaman belə əfsanə statusuna ucalan rok musiqiçilər daxildirlər. Onların ortaq nöqtəsi həm də 27 yaşında ölmələridir. Son olaraq Emi Uaynhaus ( Amy Jade Winehouse - 14 sentyabr 1983 – 23 iyul 2011) da bu klubda yerini aldı.

Ondan öncə Kurt Kobeyn (Kurt Cobain- 20 fevral 1967 — 5 aprel 1994), Cimi Hendriks (Ceyms Marşall Hendriks 27 noyabr 1942 –18 sentyabr 1970), Janis Lyn Joplin (Janis Joplin, 19 yanvar 1943 - 4 oktyabr 1970), Robert Conson (Robert Leroy Johnson 8 may 1911 – 16 avqust 1938), Cim Morrison (James Douglas Morrison - 8 dekabr 1943 - 3 iyul 1971) kimi məşhurlar atrıq bu klubu dünyaya tanıntmışdılar.

3. 0888-888-888

Bolqarıstanda 0888-888-888 nömrəsinin hər bir istifadəçisinin faciəli şəkildə vəfat eləməsi telefon şirkətinə həmin nömrəni ləğv etməyə məcbur edib. Nömrənin ilk sahibi Vladimir Qraşnov 48 yaşında xərçəng xəstəliyindən vəfat etdiyi deyilir. Amma ondan sonrakı nömrə sahibləri heç də öz əcəlləri ilə dünyadan köçməyiblər. Bu lənətlənmiş nömrə həm də bolqar mafiya başçısı Konstantin Mmitrovun da gənc ikən həyatdan getməsinin başlıca səbəbləri kimi göstərilir. Dmitrovu 31 yaşındaykən killer qətlə yetirib. Daha sonra bu nömrəyə sahib olan iş adamı Konstantin Dişilev də tapança ilə vurularaq öldürülüb.

2. Blarney daşı

İrlandiyada yerləşən Blarney daşı təzadlı xarakteri ilə tanınır. Bu daşdan öpənlərin, ona xoş söz deyənlərin şansı yaxşı gətirir, bu daşdan bir parça çalanların isə qismətinə şanssızlıq, depresyon, maddi sıxıntı yaşamaq düşür.

1. Tekumse lənəti

Tekumsə (Tecumseh - 1768 - 5 oktyabr 1813) - şauni xalqı və Tekumse Konfederasiyası kimi məşhur olan hindu tayfa birliyinin lideri olub.

160 illik bu qızıldərili lənət sonu "0"la bitən illərdən sonra ABŞ-a prezident seçilən şəxslərin qismətinə faciəli tale yazılmasına rəvac verib. XIX əsrin əvvəllərində Tekumse peyğəmbər olaraq tanınan qardaşı Tippecanoe ilə birlikdə ABŞ-la müharibə aparıb. (Tarixdə buna Tekumsə müharibəsi deyilir - red.) Döyüşün sonunda Tekumsə Ağ Sarayda liderlik edəcək hər kəsə lənət oxuyub və onlara ölüm arzulayıb. Bu lənətdən sonra hər 20 ildən bir seçilən prezidentlərin müxtəlif səbəblərdən həyatla vidalaşdığı tarixə çevrilib. Avraam Linkoln, Ceyms Abram Qarfild, Uilyam Mak-Kinli sui-qəsdlər nəticəsində öldürülüb.Tekumsə ilə döyüşlərdə nüfuz qazanan və 1841-ci ildə prezident seçilən Uilyam Henri Harrison hakimiyyət başında vəfat edən ilk ABŞ prezidenti hesab olunur. Ən qısa müddətdə hakimiyyətdə olmuş ABŞ prezidenti (32 gün 12 saat 30 dəq.) 1841-ci il martın 4-də inauqurasiya çıxışı zamanı güclü yağış və küləyə baxmayaraq, ABŞ prezidentlərinin inauqurasiya çıxışları tarixində ən uzunmüddətli nitq söyləyib (2 saat), nəticədə xəstələnərək pnevmaniya və plevrit diaqnozu ilə bir aylıq uğursuz müalicədən sonra vəfat edib.1961-1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti olmuş Con Kennedini də yaddan çıxarmaq olmaz. ABŞ tarixində ilk katolik prezidenti, XX əsrdə doğulmuş ilk və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti sayılan Kennedi də sui-qəsd nəticəsində həyatdan köçüb.Hazırladı Nuray
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti