Sakit Okean boyunca 4.8 kilometr uzanan təhlükəli yollardan biri. İlk baxışda sadə görünsə də, bir tərəfi dağ, digər tərəfi okean olan bu yolda gedərkən kəmər bağlamaq qətiyyən yaddan çıxmamalıdır.
2. Furka keçidi - İsveçrə
Ceyms Bondun "Goldfinger" filmi burada çəkilib. Xüsusilə döngələri həddindən çox təhlükəlidir
3. Atlantik yolu - Norveç
Atlantik okeanı sahilində 8.3 kilometr uzanan bu yol da sərt döngələri ilə seçilir. Yolu vuran dalğalar və güclü külək bu yolu da təhlükəlilər siyahısına daxil edib.
4. Ağ Roma yolu - Kanyon
Bu yolu daha çox xüsusi avtomobillər (4x4) keçə bilir. Baxmayaraq ki, bunu bacaranlar buradakı təbii gözəlliyə məftun olmaya bilmirlər. Bu yola "Gözəl qatil" də deyirlər.
5. Tianmen Dağ yolu - Çin
6. Seven Mile Körpüsü - ABŞ
İnşası 1912-ci ildə bitən, 11,3 kilometr uzunluğunda olan bu yol Floridada yerləşir. Xüsusilə qış aylarında yol daha təhlükəli olur - sərt külək və yolun buz bağlaması ilə.
7. Kapetaun - cənubi Afrika
Cənubi Afrikanın cənub-şərq ucunda, Atlantik sahillərində Nurdhoek və Hout Bay arasında yerləşən təhlükə yollardan biridir.
8. Stelvio keçidi - İtaliya
9. Kolde Turini - Fransa
Fransada yükəsk bir dağ keçidi. Vesubie gölündən başlayan bu yol 15.3 kilometr təşkil edir.
10. Guolianq tünel yolu - Çin
Çinin Hunan bölgəsində Taihanq dağlarında yerləşən bu tunel dünyanın ən təhlükəli yolları siyahısının başında gedir. Səbəb dağ yamacında inşa olunmuş bu yolun bir çox yerində aşağı düşmək üçün maneələrin olmamasıdır.
11. Qaraqurum yolu - Çin-Pakistan sərhədi
Qaraqurum yolu dünyada asfalt döşənmiş və okean səviyyəsindən (4.693 metr) ən yüksəklikdə yerləşən şossedir. Qaraqurum sıradağları üzrəindən Xenjerab Keçidindən keçməklə Çin və Pakistanı bir-birinə bağlayır.
12. Sani Keçidi - cənubi Afrika
Bu yoldan keçmək üçün nəinki xüsusi avtomobil, həm yüksək peşəkarlıq, həm də ürək lazımdır. Təxminın 9 kilometr uzunluğunda olan bu yolu qalxmaq bir igidlikdirsə, aşağı enmək 1000 igidlik istər.
13. Dades Qorqes - Mərakeş
Dades çayı boyunca uzanan mükəmməl bir yol. Sərt döngələri və çay sahilinə yaxın olması təhlükəni daha da artırır.
Hazırladı NURAY
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !