ANN.Az-ın məlumatına görə, bu günlərdə Xorvatiyada keçirilən sonuncu prezident seçkilərindən sonra ölkədə ilk dəfə olaraq qadın prezident seçildi. BMT-nin statistikasına görə, bununla da dünyadakı qadın liderlərin sayı 19 oldu. Həmin siyahını oxuculara təqdim edirik:
1. Portia Simpson-Miller - Yamayka
Bu qadın 2006-cı ildə prezident seçilərək ölkədə ilk qadın lider oldu. Amma bu kürsüdə sadəcə 1 il qala bildi. 2011-ci ildə isə o, təkrar seçkilərdə zəfər qazana bildi.
2. Kamla Persad-Bissessar - Trinidad və Tobaqo
2010-cu ildə ölkədə ilk seçilən qadın prezidentdir.
3. Dilma Rusef - Braziliya
2010-cu ildə prezident seçilib və 2014-cü ildə ikinci dəfə bu kürsünü əlində saxlamağı bacardı. Öz ölkəsində "Dəmir Ledi" kimi tanınan Rusef 1970-ci illərdə 3 il həbsdə yatıb və işgəncə görüb.
4. Mişel Baçelet - Şili
Peşəsinə görə uşaq həkimi olan Baçelet 2013-cü ildə ikinci dəfə böyük fərqlə seçkiləri udub və prezident kürsüsünə əyləşib. Ərindən boşanan prezident qadın 3 uşaq anasıdır.
5. Kristina Fernandez de Kirşner - Argentina
6. Elen Conson-Serlif - Liberiya
Nobel sülh mükafatı laureatı (2011) və Afrika tarixində ilk qadın prezident olan Elen Conson-Serlif 2005-ci ildə, daha sonra isə 2011-ci ildə bu kürsüyə layiq görülüb.
7. Katrin Samba-Panza - Mərkəzi Afrika Respublikası
2013-cü ildə paytaxt Banguinin bələdiyyə sədri seçilən Katrin Samba-Panza qısa müddət sonra ölkə lideri olur. Bacarıqlı iş qadını və ticarət hüquqşünası kimi tanınır. O, eyni zamanda gözəl natiq olaraq məşhurlaşıb və məzhəbçiliyə qarşı çıxışları ilə fərqlənib.
8. Erna Solberq - Norveç
Mühafizəkar Partiyanını lideri olaraq bu ölkədə ikinci qadın prezident kimi 2013-cü ildən ölkəyə rəhbərlik edir. Hazırda onun kabinetinin yarısını qadınlar təşkil edir. Bundan əvvəl o, mühacirət və bölgənin inkişafı naziri olaraq yürütdüyü uğurlu siyasətə görə ona "Dəmir Erna" deyərək çağırıblar.
9. Nikola Starqion - Şotlandiya
2014-cü ildən Şotlandiyaya rəhbərlik edir.
10. Helle Torninq-Şmitt - Danimarka
1966-cı il təvəllüdlü olan bu qadın 2005-ci ildə Sisial Demokrat Partiyasının liderliyini ələ alıb, 2011-ci ildə isə ölkənin ilk qadın baş naziri olub. Seçim kampaniyası zamanı şıx geyim tərzi ilə seçilən bu qadın "Gucci Helle" ləqəbini alıb. Dünya ictimaiyyətinin yaddaşında o, Nelson Mandelanın vəfatı ilə bağlı təşkil olunan tədbirdə prezident Barak Obama və İngiltərənin baş naziri Devid Kameron ilə bərabər çəkdirdiyi selfi ilə qalıb.
11. Angela Merkel - Almaniya
Keçmiş elm adamı olan Merkel 2005-ci ildə ölkəsinin ilk qadın baş naziri olub. "Forbes" jurnalı Merkeli 2014-cü ildə dünyanın ən güclü qadını olduğunu elan edib. Ləqəbi "Mutti" - "Ana" olan Merkel dünya siyasətinin yönəldicilərindən biri kimi tanınır.
12. Kolinda Qrabar-Kitaroviç - Xorvatiya
Ötən bazar günü Xorvatiyada keçirilən II tur prezident seçkisində hazırkı prezidenti səs çoxluğu ilə geridə qoyan və ölkəsinin ilk qadın prezidenti. 46 yaşlı bu qadın ölkəsinin xarici işlər naziri olub və dövlətini NATO-da təmsil edib.
13. Mari-Luiz Koleyro Preka - Malta
Ölkəsinin 9-cu prezidenti və ikinci qadın lideridir. Keçən il 55 illiyini qeyd edən Preka indiyə qədər ölkəyə rəhbərlik edən prezidentlərin ən gəncidir.
14. Eva Kopaçz - Polşa
Kopaçz 2014-cü ilin iyul ayında bu vəzifəyə gətirilib və ölkəsinin ikinci baş naziri olan qadındır.
15. Atifete Yaxyaqa - Kosova
Ölkəsinin ilk qadın lideri olaraq parlament tərəfindən seçilib və müasir Balkan dövlətlərinin ilk qadın dövlət başçısıdır. 39 yaşlı Atifete Yaxyaqa Kosovo təhlükəsizlik nazirinin keçmiş koməkçisi və zamanında ən gənc qadın lderdir.
16. Dalya Qribayskayte - Litva
2009-cu ildə qələbə qazanaraq ölkəsinin ilk qadın baş naziri olan Dalya Qribayskayte 2014-cü ildə öz uğurunu yenidən təkrarladı. Ona da apardığı uğurlu siyasətinə görə "Dəmir Ledi" deyilən tək qadın deyil, amma karatedə qara kəmər sahibi olan yeganə qadın lideri olduğu şəksizdir.
17. Laymdota Strauyuma - Latviya
Baş nazir kürsüsünı 2014-cü ildə gəlib və ilk qadın dövlət rəhbəridir. İqtisadiyyatçı olan bu qadın ölkəsinin iqtisadi durumunu Avrozonaya daxil olmaqda görür.
18. Şeyx Hasina Bazed - Banqladeş
O, 2014-cü ildə 3-cü dəfə baş nazir olmaq üçün and içdi. O, Banqladeşin qurucusu və ilk lideri olan Şeyx Mijibur Rahmanın qızıdır. 1975-ci idə Rahman hərbi çevriliş zamanı öldürüldüyündı Hasina sürgünə göndirilmişdi. Amma 1996-cı ildə seçkiləri qazanıb baş nazir olur. Ötən müddət əərzində Hasina bir dəfə sui-qəsd təşkilindən də qurtula bilib.
19. Pak Kin He - Cənubi Koreya
2013-cü ildə müasir şimali-qərbi Asiya tarixində ilk dəfə qadın lider olaraq and içib. 1974-cü ildə ölkəyə liderlik edn atası Pak Cung Heyə edilən sui-qəsd nəticəsində anası Geun He öldürülmüş və Kin He anasının əvəzinə ölkəyə First Lady-lik etmişdi. O vaxt onun 22 yaşı olub. Daha sonra atası sui-qəsd nəticəsində öldürüldü.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !