Doha Bəyannaməsi qəbul edilib - Azərbaycan XİN

14:48 | 30.04.2024
Doha Bəyannaməsi qəbul edilib - Azərbaycan XİN

Doha Bəyannaməsi qəbul edilib - Azərbaycan XİN

Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında Forumun yekunlarına dair Doha Bəyannaməsai qəbul edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək, sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış, habelə Azərbaycanın 4 kəndinin qaytarılmasını nəzərdə tutan delimitasiya razılığının əhəmiyyətinə vurğu öz əksini tapıb.

Bildirilib ki, Doha Bəyannaməsi eyni zamanda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda sülh, sabitlik və təhlükəsizliyə hədə törədən mina təhdidindən dərin narahatlıq ifadə edərək, BMT və üzv dövlətləri, habelə digər maraqlı tərəfləri bu təhlükəyə qarşı mübarizədə dəstək göstərməyə dəvət edib.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM