Dollar 30 faizə yaxın ucuzlaşacaq

14:21 | 13.09.2018
Dollar 30 faizə yaxın ucuzlaşacaq

Dollar 30 faizə yaxın ucuzlaşacaq

Maliyyə dünyasının iki böyük adı ABŞ dollarının son dövrdəki yüksəlişindən sonra bəzi mühüm maneələrlə qarşı-qarşıya qalacağını açıqlayıb.

Oxu.Az xəbər verir ki, maliyyə dünyasında kifayət qədər tanınan ad olan "Bridgewater Associates”in yaradıcısı Ray Dalio dolların yaxın iki il ərzində böhranla üz-üzə qalaraq 30 faizə qədər ucuzlaşa biləcəyini bəyan edib.

"DoubleLine Capital”ın rəhbəri Ceffrey Gundlaç isə bildirib ki, qısa vədədə – ilin sonuna qədər dolların dəyərində düşüş başlayacaq.

Qeyd edək ki, "Bloomberg”in dollar indeksi aprelin ortasında dibi gördükdən sonra 5 faiz yüksəlib. Bununla da yuxarı doğru yön alıb. Analitiklər bildirir ki, investorlar dolların dəyərindəki artıma hazır deyildilər.

Gundlaçın fikrincə, dollar dəyər itirmədən zirvəyə yüksəlməyəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM