Dollar bahalaşacaq

18:12 | 02.03.2015
Dollar bahalaşacaq

Dollar bahalaşacaq

Dolların rəsmi məzənnəsinin son günlər cüzi artımı daha çox manata inamı qaytarmaq məqsədi daşıyır və böyük ehtimalla qısamüddətli olacaq. Bunu Mərkəzi Bankın onu çıxılmaz vəziyyətə qoyan digər qurumlara qarşı revanşı kimi də qiymətləndirmək olar. Dolların ciddi ucuzlaşması gözlənilmir və bir müddətdən sonra onun yenidən bahalaşmasını müşahidə edəcəyik.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev bildirib.

Ekspertin sözlərinə görə, avronun ucuzlaşması davam edəcək:

"Mərkəzi Bankın fevral ayında məzənnə siyasətini bivalyuta səbəti əsasında müəyyənləşdirməyə başlaması da formal xarakter daşıyır. Səbətin strukturu hələ də açıqlanmır. Ancaq ehtimal etmək olar ki, avronun payı çox azdır və bu nisbət 9010 (dollaravro) şəklindədir. Real nisbətlə bağlı açıqlamanın verilməməsi onu göstərir ki, Mərkəzi Bank hələ konkretləşdirməyib. Ola bilsin Mərkəzi Bank bu nisbəti 80/20-yə dəyişsin. İstənilən halda bu il avronun ucuzlaşması davam edəcək və deməli, bu, manatın məzənnəsinə də təsir göstərəcək”.

Samir Əliyevin sözlərinə görə istənilən halda yumşaq devalvasiya prosesi hələ də qüvvədədir:

"Avronun ucuzlaşması fonunda manatın kəskin bahalaşmasına imkan verməmək üçün manatın da dollara nisbətən ucuzlaşması baş verəcək. İstənilən halda yumşaq devalvasiya prosesi hələ də qüvvədədir”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM