Dollar bahalaşdı - Məzənnə

09:57 | 20.05.2015
Dollar bahalaşdı - Məzənnə

Dollar bahalaşdı - Məzənnə

Bu gün mayın 19-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 20-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0008 manat və ya 0,08% bahalaşaraq 1,0485 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0289 manat və ya 2,41% ucuzlaşaraq 1,1680 manat olub.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM