ANS TV-nin məlumatına görə, mütəxəssilərin fikrincə, bu ilk növbədə bankların özünə faydalıdır. Çünki insanların çoxu son proseslərdən sonra təşvişə düşərək pullarını bankdan götürməyə başlamışdı. Banklar da hökumətin bu qərarını müsbət qiymətləndirir.
Sığortalanan əmanət faizinin artırılması əhalini sakitləşdirəcək.
Bank nümayəndəsi Tural Vəliyev bunun gözlənilən bir addım olduğunu deyir. Çünki, hazırkı vəziyyətdə vəsaitlərini banklarda saxlayan müştərilər təşvişə düşüblər. Bununla dövlət öz dəstəyini saxladığını və əhalini sakitləşdirdiyini bir daha sübut edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !