"Report"un verdiyi xəbərə görə, dünənki iclasdan bir neçə saat əvvəl isə ABŞ-da ilk rüb üzrə açıqlanan ÜDM-in artım göstəricisi gözləntilərdən zəif, yəni 0,2% olub. Halbuki, artımın 1% olacağı proqnozlaşdırılırdı.
ABK üzvləri ilk rübdə ÜDM-in artım tempinin zəifləməsinə baxmayaraq, iqtisadiyyatın orta səviyyədə artmaqda davam edəcəyini və bunun ABŞ-da istehlakçı etimadı indeksinin artmasını təsdiq etdiyini bildiriblər. Lakin hazırkı zəif iqtisadi artım qış mövsümü ilə əlaqələndirilir və bunun keçici olduğu qeyd olunur. Bundan başqa, yeni iş yerlərinin açılması göstəricisinin artım sürətinin yavaşlaması və işsizliyin azalmasındakı durğunluq da prosesə təsir edən amillərdəndir.
İnflyasiyanın FES-in 2%-lik hədəfindən aşağı səviyyədə olması bunun əsasən enerji və idxal mallarının qiymətlərindəki azalma səbəbindən olduğu bildirilir.
Lakin, FES-in uçot dərəcəsini iyun ayında artıra bilməsi ehtimalı hələ də gündəmdə qaldığı üçün dünən dollar/avro məzənnəsi 1,1180 USD/EUR səviyyəsinə qədər zəiflədikdən sonra 1,1110 USD/EUR səviyyəsinə qədər güclənib.
"Report"un analitik qrupu hesab edir ki, hadisələrin gedişi FES-in hətta bu ilin sentyabr ayında keçiriləcək iclasında uçot dərəcəsini artırmayacağını göstərir: "Bu qərarın 2015-ci ilin sonunda və ya 2016-cı ilin əvvəlində qəbul olunacağı daha real görünür. Nəticədə, dollar/avro məzənnəsi artıq yaxın aylarda 1,22 USD/EUR səviyyəsinə qədər artacaq".
Azərbaycanda isə bu, dolların dünya bazarında məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq manata qarşı məzənnəsinin 1,0450 AZN/USD səviyyəsinə qədər düşə, avro isə əksinə, 1,2750 AZN/EUR-a qədər bahalaşa bilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !