ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 dollar 1.0514-dən 1.0511-ə qədər ucuzlaşıb.
Avronun məzənnəsində isə artım qeydə alınıb.
Belə ki, 1 avro 1.1106-dan 1.1167-yə qədər bahalaşıb.
Rusiya rublunun kursunda da bahalaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0202-dən 0.0206-ya qədər bahalaşıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !