Geosiyasi gərginlik bir çoxlarını Amerika dollarına alternativ axtarmağa məcbur edir, bu səbəbdən ABŞ valyutası dəyərini itirəcək.
anews.az-ın xəbərinə görə, "Saho Bank”ın baş valyuta strateqi Con Hardi "Dünya dollardan üz çevirir” adlı valyuta bazarının makroiqtisadi analizində ABŞ dollarının perspektivinə mənfi təsir göstərəcək üç əsas katalizatoru açıqlayıb.
Hardi əsas mənfi amil kimi Çinin daimi inkişafını göstərib. Ekspert hesab edir ki, ÇXR dünya iqtisadiyyatında və maliyyə bazarlarında daha vacib rol oynamağa başlayıb.
Müəllifin fikrincə, ikinci yerdə Şimali Koreya ətrafında yaranan geosiyasi gərginlikdir. Hardinin sözlərinə əsasən, regiondakı mürəkkəb vəziyyət ABŞ-ın Çinlə münasibətlərini korlaya bilər, bu da Amerika valyutasına mənfi təsir göstərəcək. Daha bir əhəmiyyətli rol Yaponiyaya verilir. Ekspert qeyd edir ki, rəsmi Tokio öz xarici siyasət istiqamətini seçməyə məcbur olacaq.
Nəhayət, üçüncü katalizator kimi "Saho Bank”ın baş valyuta strateqi Avropa İttifaqı ilə ABŞ arasındakı alyansın zəifləməsini göstərir. Hardi qeyd edir ki, Angela Merkelin Almaniyadakı seçkilərdə növbəti qələbəsindən sonra Aİ qarşısında geosiyasi arenada müstəqillik məsələsi duracaq.
Hardi ehtimal edir ki, ilin sonuna qədər ABŞ dolları mövqeyini itirməkdə davam edəcək. Ekspertin fikrincə, bütün bunlardan əlavə dollara yaxın vaxtlarda ABŞ Federal Ehtiyat Sisteminin sərt pul siyasəti fonunda artacaq ABŞ-ın dəyərləndirilməmiş büdcə kəsiri də təsir göstərəcək.
Hardi bildirir ki, dolların kursuna həmçinin ABŞ-ın dünyanın ən çox neft istehsal edən ölkələrdən biri Səudiyyə Ərəbistanı və ən çox neft tədarük edən Çinlə münasibətləri də təsir göstərə bilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !