Doludan sonra baş verən palçıq axını fəsadlara səbəb oldu - FOTO

22:18 | 04.06.2019
Doludan sonra baş verən palçıq axını fəsadlara səbəb oldu - FOTO

Doludan sonra baş verən palçıq axını fəsadlara səbəb oldu - FOTO

Dəniz səviyyəsindən 1660 metr yüksəklikdə yerləşən Qusarın Ləzə kəndinə dolu yağıb. 
Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi xəbərə görə, saat 16 radələrində başlayan dolunun ardınca güclü palçıq axını baş verib.
Kənd sakini Mövlud Əzizovun Oxu.Az-a verdiyi məlumata əsasən vulkan  püskürməsinə bənzəyən palçıq axını əsasən kənd təsərrüfatına ziyan vurub. Kartof sahələri palçıq qatının altında qalıb. 

Sakinlər prosesin hazırda davam etdiyini deyirlər. Hadisə ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar komissiyası məlumatlandırılıb. Əraziyə texnika göndərilib.
 Hadisə diqqət mərkəzindədir. Əlavə məlumət veriləcək.
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti