“Donetsk xalq respublikası” özünü müstəqil dövlət elan etdi

23:21 | 12.05.2014
“Donetsk xalq respublikası” özünü müstəqil dövlət elan etdi

“Donetsk xalq respublikası” özünü müstəqil dövlət elan etdi

Qondarma “Donetsk xalq respublikası” özünü müstəqil dövlət elan edib.

Bu barədə APA UNİAN agentliyinə istinadən xəbər verir.

 

“Biz, Donetsk xalq respublikasının xalqı, 2014-cü il, mayın 11-də  keçirilən referendumun nəticələrinə görə, DXR-ın suverenliyi haqqında deklarasiyaya əsaslanaraq elan edirik ki, Donetsk xalq respublikası bundan sonra müstəqil dövlətdir”, - “Donetsk xalq respublikası” müvəqqəti hökumətinin həmsədri Denis Puşilin bəyan edib.

 

Həmçinin qondarma respublika Rusiya Federasiyasına onun tərkibinə qoşulmaq üçün müraciət ünvanlayıb.

 

Qeyd edək ki, mayın 11-də Ukraynanın Donetsk və Luqansk vilayətlərində regionların statusu barəsində referendum baş tutub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti