Ukraynanın Donetsk şəhərində döyüşlər davam edir.
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, yerli hakimiyyət orqanları əhalini lüzum olmadan evlərini tərk etməməyə çağırır.
“Döyüş tərəflərinin planları barədə məlumatların olmaması ilə əlaqədar şəhər sakinlərini təmkinli və mütəşəkkil olmağa çağırırıq. Xüsusən, aeroport və dəmiryolu vağzalı ətrafına getməmək tövsiyə edilir”, - Donetsk şəhər soveti mətbuat xidmətinin açıqlamasında belə deyilir.
Həmçinin mayın 27-də Donetskdə bir neçə məktəbin bağlı olacağı bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !