Dostu üçün 1 milyon dollar yığdı

20:48 | 29.12.2014
Dostu üçün 1 milyon dollar yığdı

Dostu üçün 1 milyon dollar yığdı

ABŞ-ın Los-Anceles şəhərində yaşayan 8 yaşlı Dylan Siegel adlı uşaq ən yaxın dostu üçün 1 milyon dollardan çox pul toplamağı bacarıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, o, nadir genetik xəstəliyi olan dostu Jonahın müalicə xərclərini qarşılamaq üçün kampaniya başladıb. Dylan müalicə xərcləri üçün nə edə biləcəyini düşünərkən həlli "Şokolad" başlıqlı 14 səhifəlik bir kitab yazmaqda tapıb. Rəngli kitabla başlatdığı kampaniya internet sayəsində qısa müddətdə xeyli yayılıb və ən çox satılanlar siyahısına daxil olub.

Kampaniya müddətində 1-i 20 dollara satılan kitab yüz minlərlə adama çatıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti