Dırnaqlarımızı nə üçün gəmiririk?

09:20 | 18.11.2014
Dırnaqlarımızı nə üçün gəmiririk?

Dırnaqlarımızı nə üçün gəmiririk?

Əllərimizin görünüşünü məhv edir, gigiyenik olaraq zərərlidir və həddindən artıq olduqda canımız ağrıyır. Yaxşı, nə səbəb hələ dırnaq gəmirməyə davam edirik?Dırnaqlarınızı gəmirməyə başladınızmı, buraxmaq çox çətindir. Dırnaq gəmirən insanların digərlərindən fərqi nədir? İradələri çox zəifdirmi? Yaxud çoxmu əsəbidirlər? Yoxsa açdırlar? Bunun psixoloji bir şərhi varmı? ANN.Az xəbər verir ki, psixiatrlar dırnaq gəmirmək vərdişi ilə impuls idarə pozğunluqları arasında müəyyən əlaqə var. Dırnaq gəmirənlərin çoxu hər hansı bir ciddi yan təsiri olmadan bu vərdişi davam etdirirlər. Gənclərin 45 faizi dırnaq gəmirir.Əlbəttə ki, psixoterapistlərin dırnaq gəmirmə vərdişiylə əlaqədar nəzəriyyələri var. Məsələn, psixoanalizin qurucusu Sigmund Freud bu problemi yetkinlik mərhələsində psixo-seksual inkişaf pozuqluğuna bağlayır. Bəzi terapistler isə dırnaq gəmirmənin adamın özünə düşmən olmasıyla və ya əsəbi vəziyyətiylə əlaqələndirir.Çox təəssüf ki, bu kimi nəzəriyyələrdən başqa dırnaq gəmirmə ilə bağlı başqa elmi araşdırma yoxdur. Dırnaq gəmirmə vərdişinin müalicəsi mövzusunda araşdırma aparmağa çalışsanız, əlinizə yalnız 1-2 şərh keçəcək.Elmi bir müalicə üsulunun olmaması bəzi fərziyyələrin ortalığa çıxmasına şərait yaradır. Bəzi mütəxəssislər hesab edir ki, əslində bu daha çox bir neçə fərqli ünsürün bir araya gəlməsiylə bəzi kəslərdə yaranan pis bir vərdişdir.Əlləri ağıza aparmaq çox asan bir hərəkətdir. Bəslənmə və baxımla əlaqədar davranışlarımızın başında gəlir - yemək yeyərkən, su içərkən əlimizi ağzımıza apardığımız kimi. Yəni əl-ağız təması avtomatik bir reaksiyadır. Bunun qarşısını almaq üçün dırnaqlarımızı lap dibindən qayçılaya bilərik, amma artıq buna vərdiş edən şəxslərin təcrübəsi göstərir ki, bu, heç kömək etmir. Artıq adətkar olan adam qısa dırnaqlarını belə gəmirib onları qanadır. Əslində dırnaq gəmirmək nə şəxsiyyətin formalaşmasını göstərən bir vərdiş, nə də təkamül davranışının pis istiqamətə uyğunlaşdırılmış əksdir. Sadəcə, vərdiş psixologiyasının bir məhsuludur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür