Düşmən ordunun böyük itkisi - ŞOK

21:44 | 05.05.2015
Düşmən ordunun böyük itkisi - ŞOK

Düşmən ordunun böyük itkisi - ŞOK

Ermənistan KİV ordudan yayınanların sensasion rəqəmlərini açıqladı

Ermənistan mətbuatı hərbi xidmətdən yayınaraq ölkədən qaçan gənclərlə bağlı şokedici rəqəmləri açıqlayıb.

ANS PRESS-in məlumatına görə, erməni mətbuatı yazır ki, 2003-cü ildən bu yana hərbi xidmətdən yayınmaq üçün 10 mindən çox vətəndaş ölkədən qaçıb.

Bildirilir ki, hərbi xidmətə yararlı 10 mindən çox gənc (27 yaşa qədər) ölkədən qaçıb, 10 ildən çoxdur ki, müxtəlif ölkələrdə yaşayırlar.

Ermənistan diaspora naziri Qranuş Akobyan təklif edib ki, ölkədə onlar barəsində açılan cinayət işi ləğv edilsin. Onun sözlərinə görə, yalnız bundan sonra hərbi xidmətə yaralı gənclər Ermənistana qayıda bilər.

Rəsmi statistikaya görə, 2003-cü ildən orduda xidmət etməmək üçün ölkədən qaçan gənclərdən 2013-cü ildə cəmi 950 nəfəri geri qayıdıb.

ANS PRESS olaraq Ermənistan silahlı qüvvələrində xidmət edən əsgərlərin hansı yolla orduya cəlb edildiyi barədə araşdırma aparmışdıq. Bu dəfə Ermənistan diaspora naziri bunu özü etiraf etdi. Erməni mediası da dəfələrlə bəyan edib ki, orduda əsgər çatışmazlığı hökm sürür.

Sarkisyan rejiminin ordudan qaçan əsgərlərin yerini iyrənc, insanlıqdan kənar üsullarla doldurması sirr deyil. Kimsəsiz uşaqları cəbhə xəttinə göndərir ki, ordu itki verəndə onların sayını gizlətmək asan olsun. Həmin məqaləni aşağıdakı linkdən oxuya bilərsiniz.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti