DSMF-nin Gədəbəy rayon şöbəsi müdirindən ŞİKAYƏT - FOTOLAR

11:29 | 05.12.2019
Gədəbəy rayon Novosaratovka kənd sakini İsmayılov Faiq Dəmir oğlu Anews.az-ın elektron poçtuna torpaq sahəsinin qanunsuz şəkildə əlindən alınması barədə şikayət məktubu göndərib. F. İsmayılovun şikayət məktubunda  25 sot olan həyətyanı torpaq sahəsinin 6 sotunu Anar Aslanov bir neçə vəzifəli şəxslə əlbir olaraq düzəltdiyi  saxta sənədlərlə mənimsəməyi bacardığını qeyd edir.

Faiq İsmayılovun sözlərinə görə, əkin üçün yararsız olan torpaq sahəsini təmizləyib yararlı hala gətirdikdən sonra maddi imkanı yaxşı olan A. Aslanov  yerli məmurlara pul verməklə torpağını qanunsuz ələ keçirib. "19 sot  olan həyətyanı torpaq sahəsinə bitişik 6  sot yararsız bələdiyyə torpağı var idi. Həmin bələdiyyə torpağını zəbt etmişdim. 1987-cı ildən mənim istifadəmdədir. Zəbt etdiyim torpaq sahəsinin daim vergisini ödəmişəm.  İllərlə əziyyət çəkərək həmin ərazini daş və qayalardan təmizləyərək əkin üçün yararlı hala salmışam. 2016-ci ildə  Gədəbəy rayon Novosaratovka kənd bələdiyyəsi Əliyeva Fəridə  mənə həmin torpağı satacağını dedi. Düşündüm ki, torpağın ödənişini edərək özəlləşdirim. Həmin 6 sot torpağın mənə satılması üçün bələdiyyə  5 min manat pul istədi. Yəni 1 sot torpaq üçün 833 manat. Qanunla 1 sotu  150 manat olduğunu desəm də əhəmiyyət vermədi və saxta akt tərtib etdi. Tərtib etdiyi aktda adımı belə səhv yazıb.  Torpağımı Anar adlı şəxsə daha baha qiymətə satdı. Mənə qarşı olan saxtakarlıqlarla və torpağımın əlimdən alınması ilə bağlı 2018-ci ildə  iki dəfə viste-prezident Mehriban Əliyevanın qəbulunda oldum. Bütün qanunsuzluqları və Anarın pul gücünə və saxtakarlıq edən məmurların hesabına torpağımı əlimdən aldığını bildirdim. Mehriban xanım Gədəbəy rayon rəhbərliyinə və aidiyyatı qurumlara işin həll olunması üçün göstəriş verdi. Lakin işə düzgün baxan olmadı. Rayon rəhbərliyi məni qəbul etdi və köməklik edəcəyini dedi. Sonradan öyrəndim ki, həmin dövrdə Novosaratovka kənd icra nümayəndəsi və hazırda DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri olan  Elsun Xudaverdiyev  Anarı icra başçısının qəbuluna gətirərək onun haqlı olduğunu qeyd edib. Pul hesabına aldıqları saxta sənədləri təqdim etməklə başçını aldadıblar”.  

Faiq İsmayılov aidiyyatı qurumları işi yenidən araşdırmağı xahiş edir.

Bələdiyyə torpaqlarının alqı-satqısı ilə bağlı yerli sakinlərdən əldə etdiyimiz məlumata əsasən,  həqiqətən Novosaratovka kənd bələdiyyəsi "Bələdiyyə torpaqları”nı qanunda nəzərdə tutulduğundan çox baha satır. Torpağın yerləşdiyi ərazidən asılı olaraq 1 sotunun qiyməti 1000-3000 manat civarında  dəyişir.
 
Məsələ ilə bağlı sözügedən kəndin  bələdiyyəsi Fəridə Əliyeva ilə əlaqə yaratdıq. Bələdiyyə deyilənləri təkzib etdi və  bildirdi ki, Faiq İsmayılov 1 sot üçün 150 manat olmaqla cəmi 900 manat  ödəsə torpaığını həmkəndlisi Anardan geri ala bilər.

Bələdiyyənin dediyi təsdiqini tapmadı. Aslanov Anar torpağın qaytarılması üçün 9000 manat pul tələb edib.
 



 
 
 



 


 
 
Faiq İsmayılovun şikayət məktubunda ona qarşı saxtakarlıq edənlər arasında DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyevin adı da keçir. 
 
Qeyd edək ki, Elsun Xudaverdiyev Gədəbəy rayon Novo Saratovka kəndində icra nümayəndəsi olduğu dönəmdə həmin kəndin sakinlərindən birinin torpağını saxta sənədlə ələ keçirməsi ilə bağlı redaksiyamıza bir şikayət artıq daxil olmuşdu. Bu barədə mətbuatda bir neçə yazı dərc olunmuşdu. Bunları nəzərə alaraq Elsun Xudavediyevin icra nümayəndəsi işlədiyi müddəti araşıdrmağı qərara aldıq.  

Elsun Xudaverdiyev Gədəbəy rayon Novosaratovka kənd icra nümayəndəsi işlədiyi zaman danışmaz əmlakın alq-satqısını yerinə yetirərək qanun pozuntusuna yol verib.  Ümumiyyətlə qanunvericilikdə icra nümayəndələri dəyəri 50 manat yuxarı olan əşyanın, əmlakın alqı-satqısı icra edə bilməz.  Azərbaycan Respublikası Prezidenti 1999-cu il 16 iyunda "Yerli icra hakimiyyəti haqqında əsasnamə”sı haqqında  138 saylı Fərman imzalamışdır. Həmin əsasnamənin  18 maddəsində icra başçılarının və icra nümayədələrinin daşınar və danışmaz əmlak üzrə səlahiyyətləri qeyd olunub. Həmin maddəni olduğu kimi təqdim edirik:

Maddə 18.  Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində sərəncam verilməsi və onun idarə edilməsi

1.     Müvafiq yerli hakimiyyətlərinin sərəncamında olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
 
2.     Yerli icra hakimiyyətinin başçının:
 
    1.      Məqsədli fondların vəsaitləri üzərində sərəncam vermək;
 
    2.     Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak  barəsində 
qanunvericiliklə müəyyən edilmiş və şərtlərlə hüquqi hərəkətlər etmək hüququ vardır.
 
3.     Dövlət əmlakı yerli icra hakimiyyətinin operativ idarəçiliyində və ya tam təsərrüfat səlahiyyətində ola bilər.
 
 
 Görünüdüyü kimi həmin 18 maddədə və onun bəndlərində icra nümayəndəsinin daşımaz əmlakın alqı-satqısını yerinə yetirə biləcəyi qeyd olunmayıb.  Daşınmaz əmlakın alqı-satqını Notariat Kontorunun səlahiyyətinə daxildir və onun icrasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568-ci, 646-ci  və 647-ci maddələrinin, habelə Vergi Məcəlləsinin 150-ci, 220-ci maddələrinin və "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin şərtləri əsasında yerinə yetirir. 
 
Aşağıda təqdim etdiyimiz fotofaktdan görünür ki, Elsun Xudaverdiyev daşınmaz əmlakın alqı-satqısı haqqında  Mülki Məcəllənin, Vergi Məcəlləsinin, "İcbari sığortalar haqqında” qanunun  müvafiq maddələrinin tələblərini pozaraq daşınmaz əmlakın alqı-satqını yerinə yetirib. Alıcı ilə satıcı arasında saxta akt tərtib edib.  Əldə etdiyimiz məlumata əsasən E. Xudaverdiyev bunu saxta aktın müqabilində vətəndaşdan 500 manat pul alıb.
 
E. Xudaverdiyev barəsində vətəndaşların  dediklərini təkzib edərək bunların həqiqətə uyğun olmadığını bildirdi. Həmin sənədlə tanış olmaq üçün ona göndərməyi xahiş etdi. Sənədi "Whatsapp"la göndərdikdən sonra bloka ataraq bir daha zənglərimizə cavab vermədi.  Buna baxmayaraq öz növbəmizdə yenə cənab Xudaverdiyevi dinləmək və məsələyə onun daha geniş münasibətini çap eləmək istəyində olduğumuzu bildiririk. 
 
Ümid edirik ki, ölkə başçısının vətəndaşları incitməmək barədə çağırışına cavab olaraq cənab Xudaverdiyev, həmçinin adı çəkilən kəndin bələdiyyə rəsmiləri işə ciddi yanaşacaq və vətəndaşın hüquqlarını bərpa edəcəklər. 
 

 
Zaur Qənbərov

www.anews.az
loading...

Xəbər lenti