"Dünəndən sabaha boylanan Bakı" fotosərgisi açılacaq

20:46 | 06.12.2016

"Dünəndən sabaha boylanan Bakı" fotosərgisi açılacaq

Dekabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "Dünəndən sabaha boylanan Bakı” adlı fotosərgi açılacaq.

ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgi Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə "Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən "Cənubi Qafqazda regional incəsənət və mədəniyyət layihəsi” çərçivəsində reallaşdırılır.

Dekabrın 13-dək davam edəcək sərgidə Rafiq Qəmbərov, Rauf Umud, Məhəmməd İsmayılov, Mirnaib Həsənoğlu və Vüqar İbadovun fotoları nümayiş olunacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM